Tanınmış aparıcının evi qarət olundu

9 Yanvar 2019 12:03 (UTC+04:00)

Tanınmış radio aparıcısı Aygün Akifin yaşadığı mənzil qarət edilib.

AzNews.az xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib. O, qeyd edib ki, oğrular evi alt-üst ediblər:

“Günün günorta çağı evimə basqın edib, nə varsa, talayıb aparıblar”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı “102” xidmətinə məlumat verilib.

Aygün Akif “Araz FM”də işləyir.

Bahar RÜSTƏMLİ
AzNews.az