16 yaşlı yeniyetməni öldürən şəxs hakim qarşısında

9 Yanvar 2019 13:01 (UTC+04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən 18 yaşlı Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclasının yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Azər
AzNews.az