“4 rayonun polis rəisi işdən çıxarılmayıb”

9 Yanvar 2019 13:11 (UTC+04:00)

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.

Qeyd edək ki, report informasiya agentliyi Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı.(unikal.org)

© AzNews.az