İran 15 hind balıqçını sərbəst buraxdı

9 Yanvar 2019 13:21 (UTC+04:00)

İran ötən ilin iyul ayında sahil xətlərini pozması səbəbi ilə saxladığı 15 hindli balıqçını sərbəst buraxıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda informasiyanı Hindistan Xəbər Agenliyi (PTİ) yayıb.

Uttara Kannada bölgəsində polis vəzifəsində çalışan Nakul 5 aydan çox saxlanılan hindli balıqçıların sərbəst buraxıldığını açıqlayıb.

O, balıqçıların Birləşmiş Ərəb Əmirlikləri üzərindən ölkələrinə qayıdacaqlarını bildirib.

Hindli balıqçılar 27 iyulda İranın sahil sularını pozduğuna görə saxlanılıb. Saxlanılan 15 balıqçının sərbəst buraxılması üçün Hindistan Xarici İşlər Nazirliyi diplomatik addımlar atmışdı.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2 gün öncə yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyəti ilə Hindistana getmişdi.

Nigar CƏFƏR

AzNews.az