İsraildə keçmiş nazirə 11 il iş kəsildi

9 Yanvar 2019 13:36 (UTC+04:00)

O, İran kəşfiyyatı üçün casusluq etməkdə təqsirli bilinib.

Qeyd olunur ki, Q.Segev 2012-ci ildə Nigeriyaya səfəri zamanı İran səfirliyində xüsusi xidmət əməkdaşlarına məlumatlar ötürüb. Q.Seqev, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrində görüşməkdə ittiham olunub.

Qonen Segev 1992-1996-cı illər İsrail parlamentinin deputatı, 1995-1996-cı illərdə energetika və infrastruktur naziri olub.(trend.az)

© AzNews.az