İranda silahlı hücum - Polis öldürüldü

9 Yanvar 2019 14:26 (UTC+04:00)

Motosiklet sürən naməlum iki silahlı şəxs şəhərdə reyd keçirən polis avtomobilinə yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıb. Atəş nəticəsində Rəzəvi Xorasan əyalətinin Torbəti-cam şəhərinin sakini olduğu bildirilən polis zabiti Qulamhüseyn Candust yerindəcə həlak olub, Hadi Pişəvər adlı bir əsgər isə ağır yaralanıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

Hücumçular hadisə yerindən qaça biliblər.(axar.az)

© AzNews.az