Xarici işlər naziri Türkiyə səfərinə başladı

17 Aprel 2013 08:23 (UTC+04:00)
Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə rəsmi səfəri başlayıb.

Lavrov dünən axşam saatlarında şəxsi təyyarə ilə İstanbuna gəlib. VİP salondan hava limanına enən diplomatı Rusiya səfiri və İstanbuldakı konsulluq nümayəndələri qarşılayıb.

XİN rəhbəri səfər zamanı iki ölkə arasında birgə nazirlər kabineti kimi fəaliyyət göstərən Əməkdaşlıq Şurasının yığıncağında iştirak edəcək.

Ankaraya səfəri zamanı rusiyalı nazir türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək. Görüş zamanı Suriyadakı mövcudla bahəm Orta Şərqdə hadisələr və iki ölkə arasındakı əlaqələr müzakirə olunacaq.(modern.az)

AzNews.az