Kim Çen Inın Çin səfəri başa çatdı

9 Yanvar 2019 16:24 (UTC+04:00)

Bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, Kim Çen In yerli vaxtla saat 14:02-də Pekin dəmir yolu vağzalından KXDR-ə məxsus xüsusi qatarla ölkəsinə yola düşüb. Qatarın yanvarın 10-da Çin-KXDR sərhədini keçəcəyi güman olunur.

Qeyd edək ki, KXDR lideri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında yanvarın 7-də qatarla Çinə gəlib. Onun Pekində keçirdiyi görüşlər barədə hələlik məlumat açıqlanmır. Amma yanvarın 8-də KXDR və Çin liderlərinin görüşündən sonra ziyafət təşkil edildiyi bildirilir. Ziyafət KXDR liderinin 35 yaşının qeyd olunduğu günə təsadüf edib.(AZƏRTAC)

© AzNews.az