Almeyda “Qarabağ”da - FOTOFAKT

9 Yanvar 2019 16:47 (UTC+04:00)

Futbolda məşhur olan transfermarkt.com saytı artıq Riçard Almeyda de Oliveyranın Qazaxıstanın “Astana” klubundan ayrıldığını və “Qarabağ”a qayıtdığını açıqlayıb.

Bu sayta inansaq, millimizin futbolçusu ilə dünən 2,5 illik müqavilə bağlanılıb. Müqavilənin müddəti 2021-ci ilin iyulun 1-də başa çatacaq. Onun transfer qiymətinin isə 1,5 milyon avro olduğu bildirilir.