ABŞ-da qəyyum ailə ögey uşaqlarına illərlə işgəncə verib

9 Yanvar 2019 17:28 (UTC+04:00)

Bu haqda “New York Post” məlumat yayıb.

Qəyyum ailə üç uşağı altı il ərzində mütəmadi olaraq döyüb və ac saxlayıb. 60 yaşlı Brenda Peris, onun 33 yaşlı qızı Emi Peris yanvarın 7-də uşaqlara qarşı qəddar münasibət ittihamı ilə həbs olunub. Zərərçəkən uşaqlar 2011-ci ildə Peris ailəsinin himayəsinə keçib: həmin vaxt onlardan kiçiyi 11 aylıq, böyüyü isə altı yaşında idi.

Uşaqları kəmər və kürəklə döyür, onları tez-tez ac saxlayırdılar. E.Peris hətta bir dəfə uşaqları bir-biri ilə dalaşdıraraq, “döyüşü” kameraya çəkib.

Bundan başqa, qəddar ailə üzvləri uşaqlara həkimin yazdığı reseptdən daha yüksək dozalarda dərman verib.

B.Perisin eyni məhəllədə yaşayan oğlu E.Peris Şon isə uşaqlara fiziki xəsarətlər yetirdiyinə görə həbs olunub.

Ailə üzvlərindən heç biri şərti azad edilmələri üçün tələb olunan girov məbləğini ödəyə bilmədiklərinə görə dəmir barmaqlıqlar arxasına göndərilib. Onların gələcək aqibəti ilə bağlı son sözü məhkəmə deyəcək.(oxu.az)

© AzNews.az