Türkiyədə ağır qəza - Ölən var

9 Yanvar 2019 17:32 (UTC+04:00)

Hadisə avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Adapazarı-Ankara marşrutu ilə şəhərlərarası hərəkətdə olan avtobusun sürücüsü həlak olub.

Səkkiz sərnişin yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaq başlanıb.(AZƏRTAC)

© AzNews.az