Nazir Sumqayıta gedir

17 Aprel 2013 08:50 (UTC+04:00)
20 aprel 2013-cü il tarixində saat 10:00-da təhsil naziri Misir Mərdanov Sumqayıt Şəhər Təhsil Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron və Xızı rayonlarında, Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya qaynar-xett@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

AzNews.az