Fransanın hərbi təyyarəsi radarlardan itdi

9 Yanvar 2019 18:57 (UTC+04:00)

Fransanın şimal-şərqindəki Nansi Oşey hava bazasından bu gün səhər qalxan “Mirage2000” tipli qırıcı təyyarə bir qədər sonra Yura dağları üzərindən uçarkən radarlardan itib.

Təyyarədə 2 nəfər heyət olub.

Duq və Yura departamentlərinin sakinlərinə itən təyyarə barədə hər cür xəbəri çatdırmaq barədə müraciət ünvanlanıb. (report)

AzNews.az