Ağdaşda altı otaqlı ev yandı

9 Yanvar 2019 23:33 (UTC+04:00)

Ağdaşda altı otaqlı ev yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yuxarı Ləki kəndində ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dəhlizinin, mətbəxinin və 2 otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

AzNews.az