Rusiyanın hərbi süni peyki orbitdən çıxdı - atmosferdə yandı

10 Yanvar 2019 08:55 (UTC+04:00)

Rusiyanın hərbi süni peyki olan Kosmos-2430 aparatı orbitdən çıxıb və atmosferdə yanıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Şimali Amerikanın hərbi-kosmik müdafiəsinin komandanlığı yayıb.

Mənbə bildirir ki, peyk yanvarın 5-də sıradan çıxıb.

Kosmik aparatın 2007-ci oktyabrın 23-də Plesetsk kosmodromundan havaya qalxdığı deyilir. Onun məqsədi ABŞ ərazisində havaya qaldırılan qitələrarası ballistik raketləri izləmək olub.

Deyilənə görə, peyklə 2014-cü ildən bəri əlaqə kəsilib.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya kosmosa hərbi peyki olan Proton-M raketini göndərib. Çin də həmin il orbitə 7 raket çıxarıb.

Babək Göyüş

© AzNews.az