Venesuelada inflyasiya 1.7 milyon faizə çatdı

10 Yanvar 2019 09:18 (UTC+04:00)

2018-ci il ərzində Venesuelada illik inflyasiya 1.7 milyon faizə yaxınlaşıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Maliyyə məsələləri üzrə Milli Assambleya Komitəsinin rəhbəri Rafael Qusman özünün Twitter səhifəsində yazıb.

"Bu göstərici ilə Venesuela inflyasiya tarixində 3 ölkədən biri kimi tarixə düşüb. Bu, onun nəticəsidir ki, ölkəni idarə edənlər böhrandan çıxış yolunu tapa bilmirlər". Qusman belə deyib.

Mənbə bildirir ki, bu "yarışda" ikinci yer Sudana, 3-cü yer isə Şimali Koreyaya qismət olub:

"Venesuelada hazırda çox ciddi iqtisadi böhran yaşanır. Milli valyuta dəyərdən düşüb, dərman və qida məhsulları çatışmır. Əhali ölkəni kütləvi şəkildə tərk edir. BMT-nin hesabatına görə, artıq 2.3 milyon nəfər ölkədən xaricə gedib".

Babək Göyüş

© AzNews.az