Dünən 108 cinayət baş verib - 31 nəfər saxlanılıb

10 Yanvar 2019 10:11 (UTC+04:00)

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 9-da ölkədə 108 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.