Səidə Sultan həmkarlarına səsləndi: “Ayağa durun…” - VİDEO

10 Yanvar 2019 10:14 (UTC+04:00)

Müğənni Səidə Sultan canlı efirdə hönkür-hönkür ağlayıb.

AzNews.az xəbər verir ki, sənətçi ATV-də yayımlanan “Bizimləsən” verilişində mərhum sənətkar Zahid Sabirabadlının evinin satışa çıxarılması ilə bağlı həmkarlarından dəstək istəyib. O, yaradıcılığında Zahid Sabirabadlının rolu olan həmkarlarından bu kampaniyaya qoşulmağı xahiş edib:

“Mən sənət dostlarımdan xahiş edirəm, siz Zahid Sabirabadlını çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil".

Qeyd edək ki, mərhum Zahid Sabirabadlının yaşadığı mənzil borcu olduğundan bank tərəfindən satışa çıxarılacaq. Buna görə, mərhumun həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək evin ipoteka kreditinin verilməsi üçün xalqdan kömək istəyib.

Bahar RÜSTƏMLİ
AzNews.az