“Real Madrid” Mourinyo ilə danışığa başlayıb - KİV

10 Yanvar 2019 10:30 (UTC+04:00)

“The Sun” xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Peres ötən ay İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssisi yenidən komandanın sükanı arxasında görmək istəyir.

Lakin 54 yaşlı məşqçi sabiq klubundan qovulmağının müqabilində təzminatını ala bilmədiyi üçün hələlik “Real Madrid”də işə başlaya bilmir.

Qeyd edək ki, Mourinyo uğursuz nəticələr səbəbi ilə “Mançester Yunayted”dən kənarlaşdırılıb. O, 2010 – 2013-cü illərdə “Real Madrid”in baş məşqçisi olub.(report.az)

© AzNews.az