Kənd qar uçqununun altında qaldı - VİDEO

10 Yanvar 2019 10:37 (UTC+04:00)

Hadisə yerinə xilasedicilər və xüsusi texnika cəlb olunub. Axtarış-xilasetmə əməliyyatı aparılır.

Vesti.ru xəbər verir ki, polis rəsmisinin məlumatına görə, hələlik ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Qar uçqununa Avstriya və Almaniyanı cənginə alan “Binyamin” siklonu səbəb olub. Son bir neçə gündə bölgədə çovğunla əlaqədar ölənlərin sayı doqquz nəfərə çatıb. Bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb, yollar qalın qar təbəqəsi altında qalıb. Bəzi rayonlarda Fövqəladə Vəziyyət rejimi tətbiq olunub. Bəzi kəndlər ətrafdan təcrid olunub. Siklonun marşrutunda olan əksər dağ-xizək kurortlarında kütləvi təxliyyə işləri aparılıb.

Qar çovğunu Çexiya və Slovakiyada da müşahidə olunur. Dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində və yollarda qar uçqunu riski yüksəkdir. Bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub. Polşada 1500-dən çox insan işıqsız qalıb.

Sinoptiklər anomal hava şəraitinin həftənin sonuna kimi davam edəcəyini proqnozlaşdırır.(oxu.az)

© AzNews.az