Qubada ticarət mərkəzi yanıb

10 Yanvar 2019 10:51 (UTC+04:00)

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.

X X X

Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.

Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır.(report.az)

© AzNews.az