ABŞ-ın keçmiş müdafiə naziri Obama və Trampı yıxıb sürüdü - "Liderliyimiz bitdi"

10 Yanvar 2019 10:51 (UTC+04:00)

ABŞ-ın keçmiş müdafiə naziri Çak Hagel ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun Suriya səfəri haqqında danışıb.

AzNews.az xəbər verir ki, Hagel CNN telekanalının müxbiri Kristian Amanpurun suallarına cavab verərkən ABŞ-ın Suriya siyasətindən söz açıb.

Amanpurun “Hakimiyyətiniz bir iş görmüş olsaydı, Rusiya ilə İran indi hardasa Əsədin zəfərini tamamlamış olmayacaqdı. O zaman yüksək rütbəli komandir mənə hakimiyyətinizin onlarla döyüşəcək insanlarını Ürdinə aparıb 6 həftə və ya 6 ay təlim keçdiyini və sonradan Suriyaya geri qaytarmasının səbəbini başa düşmədiyini deyib. Bu, böyük səhv deyildi?” sualını Hagel “Bəli, bu, Obama hakimiyyətinin ən böyük xarici siyasət səhvi idi” deyə cavablandırıb.

Suriya rejimini vurmaq barədə qərar verdiklərini bildirən Hagel “Aylarla iclas keçirdik və qərar verdik. Əsədi zərərsizləşdirmək əmri verildi, ancaq sonradan o əmrin icra edilməsinə icazə verilmədi. Bununla Rusiyaya Suriyanı ala bilərsiniz siqnalını verdik” deyib.

2015-ci ildə nazirlikdən istefa edəndə hakimiyyətlə arasında olan anlaşılmazlıqdan birinin Suriya mövzusunda olduğunu deyən Hagel Suriya mövzusunda dəqiq bir siyasətin olmadığı üçün Obamanın idarəçiliyini tənqid etdiyini bildirib:

“NATO-dakı, Orta Şərqdəki ortaqlarımız tərəfindən “Suriya siyasətiniz nədir, nə edəcəksiniz və yaxud nə etməyə çalışırsınız?” deyə sıxışdırılırdım. Ancaq bir Suriya siyasətimiz yox idi. Ona görə də haqlısınız, bu, böyük səhv idi”.

Hagel ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarını dəyərləndirib:

“Trampın xarici siyasətin necə aparılacağını, nəticələrindən və müttəfiqlərdən bir şey anlamadığını düşünürəm. Buna sübut isə sözdə Suriya siyasətinin nə olduğu haqqında açıqlamasıdır”.

Keçmiş nazir “Diplomatik həll yolları axtarmalıydıq. Əsgər gücündən istifadə etməklə bu problemi çözə bilməyəcəyik. Bunu 18 il əvvəl Əfqanıstanda, 15 il əvvəl də İraqda savaşandan sonra gördük. Müttəfiqlərinizlə və bölgədəki digər xalqlarla işləmədiyiniz müddətdə bu, uğursuz nəticələnəcək” deyə qeyd edib.

Hagel Con Boltonun Türkiyədən YPG/PKK üçün təminat almamış Suriyadan çıxmayacağı ilə bağlı açıqlamalarını dəyərləndirib:

“ABŞ prezidentinin Beynəlxalq təhlükəsizlik üzrə məsləhətçisi Boltonun Türkiyədəki iclasları ABŞ üçün təhqiredici idi. Ərdoğan onu alçaltdı. Onunla danışmadı, çünki Bolton bizim Suriyadan çəkilməməyimiz üçün Türkiyənin etməli olduğu şeylərdən danışdı. “Biz bunu etmədən əvvəl bir ölkə bunu etməlidir” deyəndə diqqətli olmalısınız”.

Prezident Ərdoğanı 2002-ci ildən bəri tanıdığını bildirən Hagel Ərdoğanın dəfələrə YPG/PKK-nın Türkiyə üçün təhdid təşkil etdiyini deyib:

“Buna inanmaya bilərsiniz, birinci təhdid İŞİD-dir deyə bilərsiniz, amma Türkiyənin yanaşması budur”.

Trampın dünyaya “Birinci Amerika”, NATO-ya “Bizdən istifadə edirsiniz” şəklində çıxışlarını “Çox tərəfli dünyada tək tərəflilik” kimi dəyərləndirən və bunun təhlükəli olduğunu deyən Hagel “ABŞ-ın qlobal liderliyi həqiqətən bitib” deyə bildirib.

Pərvanə Ağazadə

AzNews.az