Fransada güclü yanğın - 19 nəfər...

10 Yanvar 2019 10:59 (UTC+04:00)

Hadisə gecə saatlarında köhnə yaşayış binasında qeydə alınıb. Əraziyə 90 yanğınsöndürən cəlb olunub. Bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində 19 nəfər, o cümlədən iki yanğınsöndürən xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri açıqlanmır.

Binanın XX əsrin əvvəllərində tikildiyi bildirilir.(trend.az)

© AzNews.az