Norveçli milyonerin həyat yoldaşı qaçırıldı - 9 milyon avro istəyirlər

10 Yanvar 2019 11:16 (UTC+04:00)

Norveçli iş adamı Tom Hagenin 68 yaşlı həyat yoldaşı Anne-Elisabeth Falkevik Hagenin xərac üçün qaçırıldığı ortaya çıxıb.

Norveç polisi ötən il oktyabrın 31-də itən Anne-Elisabeth Falkevik Hagenin qaçırıldığını açıqlayıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təhlükəsizlik orqanının nümayəndələri təcavüzkarların 9 milyon avro dəyərində kripto pul vahidi olan monero istədiklərini deyib.

Təhlükəsizlik orqanları Hagenin yaşadığına, öldürüldüyünə və ya qaçırılan şəxslər tərəfindən bir yerdə saxlanılacağına dair əllərində hər hansısa bir dəlil olmadığını açıqlayıb.

Norveçli iş adamı Tom Hagen ölkənin ən varlıları cədvəlində 172-ci sırada yer alır.

Səidə Nurməmmədli

AzNews.az