Zakir Qaralov bu prokurorların yerini dəyişdi

10 Yanvar 2019 11:33 (UTC+04:00)

Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna göndərilib.

Quba rayon prokuroru Valeh Səmədov isə İmişli rayonuna təyinat alıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.(qafqazinfo.az)

© AzNews.az