Tibb maşını zədələnmiş futbolçunun üstündən keçdi - VİDEO

10 Yanvar 2019 12:54 (UTC+04:00)

Zədələnmiş futbolçuya yardım etmək üçün meydana daxil olan tibb personalını daşıyan maşın idmançının üzərindən keçib.

Hadisə San-Pauluda keçirilən gənclər arasındakı kubok oyunu zamanı baş verib.

“Trinidad” klubunun futbolçusu zədə alıb və bel ağrısına görə ayağa qalxa bilməyib.

Qarşılaşmanın hakimi tibb briqadasını meydana dəvət edib. Bu zaman personalı daşıyan avtomobil yerdə uzanan futbolçunun ayağının üzərindən keçib.

Videodan görünür ki, futbolçu ciddi zədə almayıb və bir neçə dəqiqə sonra həmin avtomobillə meydandan çıxarılıb.(oxu.az)

© AzNews.az