Kim Çen Inın sirli həyat yoldaşı: Kimdir o? - FOTO

10 Yanvar 2019 13:09 (UTC+04:00)

Şimali Koreya lideri bütün ənənələrə zidd olaraq cəmiyyət içərisinə öz həyat yoldaşı ilə çıxır.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda BBC geniş yazı dərc edib.

Mənbə bildirir ki, Şimali Koreya liderinin Pekinə səfəri zamanı da bu ənənə pozulmayıb. O, qatarla Çin lideri Si Çzinpinin görüşünə həyat yoldaşı Li Sol Çjunu da gətirib.

Şimali Koreya liderinin həyat yoldaşı kimdir?

Onun haqda informasiya çox azdır. Hətta, olanları da yoxlamaq imkansızdır. İlk dəfə o, televiziyanın informasiya xəbərlərinə 2011-ci ildə çıxmışdı. Həmin vaxt Şimali Koreya lideri Kim Sen İrin dəfn mərasimində Kim Çen Inın yanında dayanmışdı.

O vaxt, istər Cənubi Koreya, istərsə də ABŞ kəşfiyyatı onun kimliyi haqda heç nə bilmirdilər.

2012-ci ilədək çoxları hesab edirdi ki, bu qız Kim Çen Inın bacısı və ya hansısa qohumudur.

Cənubi Koreya kəşfiyyatında bəzilərinin fikrincə, o, “Poçxonbo” ansamblının solisti Xyon Son Voldur. Şimali Koreyadan alınan, ancaq sübuta yetirilməyən informasiyaya görə onun çıxışı ilə bağlı yayımlanan disklər əhalidən yığılıb.

Başqa versiyaya görə isə Li Sol Çju 2005-ci ildə Cənubi Koreyada keçirilən yüngül atletika üzrə Asiya çempionatında komandanın heyətində yer alıb.

Bu informasiyanı isə dəqiqləşdirmək münkün olmayıb.

Kim Çen Inla onun toyu haqda məlumat isə Şimali Koreya mediası tərəfindən 2012-ci ilin iyulunda yayılıb. Cənubi Koreya kəşfiyyatı həmin toy mərasiminin 3 il əvvəl keçirildiyini üzə çıxarıb.

Adı

Beləliklə, onun haqda nələri bilirik? Maraqlıdır ki, çox az. Hətta onun şəxsiyyəti ilə bağlı obraz yaradılsa belə, informasiya azlığı göz qabağındadır. Ötən ilin yayında Şimali Koreya mediası artıq onu “yoldaş Li” adlandırmır, “Hörmətli birinci ledi” deyir.

Ancaq heç kəs onun əsil adının Li Sol Çju olduğunu bilmir. Şimali Koreya sülaləsində ad dəyişdirmək qəbul edilib.

Kim Çen Inın babası, Kim sülaləsinin yaradıcısı Kim Çen Senə valideynləri Kim Son Çju adını verib. O isə sonradan özünə tərcümədə “çıxan günəş” mənasını verən inqilabi bir ləqəb götürüb.

Onun oğlu Kim Çen İr mənbələrə görə, Sibirdə doğulub. Onu doğum şəhadətnaməsində Yuri İrsenoviç Kim yazılıb. Bu haqda sovet və çin arxivlərində məlumat yerləşdirilib.

Şimali Koreya mənbələrinə görə o, müqəddəs Pektusan dağında yerləşən partizan düşərgəsində anadan olub.

Kimin həyat yoldaşı haqda da məlumatlar üzə çıxmayıb. Deyilənə görə, o, 1985-1989-cu illər arasında dünyaya gəlib. Bu versiyaya görə onun 30-34 arası yaşı var.

Ailə

Li Sol Çjunun uşaqlığı barədə də heç bir rəsmi məlumat yoxdur.

“North Korea Leadership Watch” nəşrinin redaktoru Maykl Medden əminliklə bildirir ki, Li Sol Şimali Koreyanın şərq sahillərində yerləşən Çxondjin şəhərində doğulub.

O, Pxenyanda Kim İr Sen adına universitetdə təhsil alıb. Bir versiyaya görə, onun atası həkim, digər versiyaya görə isə hərbçi olub.

Cənubu Koreya mənbələri deyir ki, Li Çində musiqi təhsili alıb.

Onun Şimali Koreya lideri ilə hansı şəraitdə və nə vaxt tanış olmağı haqda da məlumatlar gizli saxlanılır.

Uşaqları

Müxtəlif mənbələrə görə, cütlüyün 3 uşağı var. Ancaq 100 faiz bu informasiya təsdiq edilməyib.

Versiyaya görə, o, 2010-cu ildə oğlan uşağı dünyaya gətirib. 2012-ci ildə isə Linin hamilə olduğu barədə şayiə yayılıb.

ABŞ-lı basketbolçu Dennis Rodman deyib ki, 2013-cü ilin martında Kim Çen Inın qonağı olub və onların Çju E. adlı qızını qucağına alıb. Digər uşaqların adları haqda isə informasiya yoxdur.

Cənubi Koreya kəşfiyyatı xəbər yayıb ki, Li Sol Çju 3-cü uşağını 2017-ci ilin fevralında doğub. Uşağın oğlan və ya qız olduğu barədə məlumat verilmir.

Hər yerdə əri ilə gəzir

Li Sol Çju bütün səfərlərdə həyat yoldaşı Kim Çen Inı müşayiət edir. Hətta bu yaxınlarda Pekin səfərində də onu tək qoymayıb. Cənubi Koreya prezidenti Mun Çje İnlə keçirilən sammitdə yaxından iştirak edib.

Ancaq bu vaxtadək Şimali Koreya liderlərinin həyat yoldaşları ictimaiyyət arasına çıxarılmayıb.

“Kim İr Senin arvadı haqda informasiya onun ölümündən sonra üzə çıxıb və uzun müddət heç kəs onun 2-ci arvadının varlığı haqda danışmayıb”. Bu sözləri Kunmin universitetinin professoru Andrey Lankov Seul şəhərində CNN-ə verdiyi müsahibəsi zamanı deyib.

"O, mənə çanta bağışlayıb"

Yaponiyalı şef aşbaz Kendzi Fudzimoto uzun illər Kim Çen İrə suşi hazırlayıb və boş vaxtlarında balaca Kim Çen Inla oynayıb.

Aşbaz Li Sol Çju ilə 2012-ci ildə rastlaşdığını da vurğulayıb.

Onun sözlərinə görə, Linin çox incə və mehriban səsi var: “Li mənə “Christian Dior” brendinin çantasını da bağışlayıb”.

Babək Göyüş

© AzNews.az