“Onlar məndən aşağı şəxslərdir”.
AzNews.az xəbər verir ki, bunu bu gün Gənc Tamaşaçılar Teatrından qovulan xalq artisti Tariyel Qasımov deyib. O, sözügedən teatrda güclü aktyorların sevilmədiyini deyib:
“Mənə ərizəni direktor yazdırıb. Deyirlər qocasan. Fevral ayının 4-ü ad günümdür. Buna görə məni qabaqcadan təbrik etdilər. Bu şəxslər güclü aktyoru sevməyənlərdir. Mən güclü aktyoram, mənə söz deyə bilməzlər”.
Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəksinizmi” sualına aktyorun cavabı belə oldu: “Xeyr, onlar məndən aşağı şəxslərdir”.
Aktyor, teatr səhnəsi ilə vidalaşdığını deyib.
Qeyd edək ki, bu gün bir qrup xalq artisti Gənc Tamaşaçılar Teatrından işdən qovulub. Onların arasında xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Tariyel Qasımovun da adı var.
Bahar RÜSTƏMLİ
AzNews.az