Qar 50 kəndin yolunu bağladı

10 Yanvar 2019 14:28 (UTC+04:00)

İranın Mazandaran vilayətində isə güclü qar yağması nəticəsində 30 kəndin rayonla əlaqəsi kəsilib.

Bunu İranın Zəncan vilayəti Yol və Yol Nəqliyyatı Baş İdarəsi rəisinin müavini Cavad Yusifi deyib.

İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi ötən 24 saat ərzində 9 vilayətdə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd və Mazandaran vilayətlərində güclü qar və çovğunun olduğunu bildirib.

30 dağlıq ərazidə 2 083 nəfərə yardım edilib, 515 nəfər müvəqqəti yerlərdə yerləşdirilib. 3 nəfər tibbi məntəqələrə aparılıb.

Səlimi 198 avtomobilin qardan çıxarıldığını deyib.(trend.az)

© AzNews.az