“Xiaomi” şirkəti son üç gündə xeyli qiymətdən düşüb

10 Yanvar 2019 14:57 (UTC+04:00)

Bununla da şirkət 6,5 milyard ABŞ dolları məbləğində dəyərdən düşüb.

Üç gün əvvəl qeyri-birja satışları zamanı qiymətlərin düşməsi sərmayəçilərin “Xiaomi” səhmlərinin rəsmi birja satışlarına hazırlaşması olub. Ötən il iyul ayında şirkətlə bağlı İPO həyata keçirildikdən sonrakı 6 ay ərzində səhmlərinin birjada rəsmi satışı əngəllənmişdi. Ötən müddət ərzində “Xiaomi” səhmləri 58 faiz ucuzlaşıb.

Şirkətin kotlarının azalması smartfon bazarındakı vəziyyətin pisləşməsi, habelə rəqabətin güclənməsi ilə bağlıdır.(report.az)

© AzNews.az