3 maşın toqquşdu - Ölən var...

10 Yanvar 2019 14:59 (UTC+04:00)

Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az