Türkiyə Baş prokurorluğundan FETO-nun futboldakı qanadının istintaq işi ilə bağlı məhkəməsinə yazılı cavab göndərilib.
AzNews.az xəbər verir ki, Türkiyə millisinin keçmiş futbolçuları - Bekir İrtegün, Uğur Boral, Zafet Biryol, Ömer Çatkıçın da arasında olduğu 6 şübhəlinin istintaqı ilə bağlı futbolçu Emre Belözoğludan alınan izahat da məhkəməyə çatıb.
İstintaqı aparan prokurorluq tərəfindən göndərilən cavab yazısında futbolçular - Alper Potuk, Orhan Şam, Tuncay Şanlı, Gökhan Gönül və Mehmet Topal haqqında qaldırılan iddialar isə əsassız qalıb.
Pərvanə Ağazadə
AzNews.az