Azərbaycanda xəstənin öd kisəsindən 60 daş çıxdı! - VİDEO

10 Yanvar 2019 15:15 (UTC+04:00)

Azərbaycanda bir xəstənin öd kisəsindən 60-dan çox öd daşı çıxarılıb.

AzNews.az xəbər verir ki, həkim Ruslan Ağayev öd xəstəliyindən əziyyət çəkən xəstəni əməliyyat edib.

Əməliyyat zamanı həkim xəstənin öd kisəsinin daşlarla dolu olduğunu görüb və onun öd kisəsini götürmək məcburiyyətində qalıb.

Əməliyyatdan sonra həkim xəstədən götürülən öd kisəsini yarıb, içindən 60-dan yuxarı fərqli daş çıxıb.

Bahar RÜSTƏMLİ
AzNews.az