Lukaşenkodan Belarusla Rusiyanın birləşməsi xəbərinə reaksiya

10 Yanvar 2019 15:26 (UTC+04:00)

Lukaşenko bu iddianı “axmaq söhbətlər” adlandırıb:

“Hər iki ölkənin birləşdirilməsi ilə bağlı həddindən çox söhbətlər gedir. Mən bunu çox axmaq adlandırardım”.

Belarus prezidenti qeyd edib ki, iki ölkənin birləşdirilməsindən söhbət belə gedə bilməz: “Biz Rusiya prezidenti ilə birmənalı olaraq müəyyən etdik və bu gün gündəlikdə birləşmə ilə bağlı məsələ yoxdur".

Belarus lideri əmindir ki, hər iki ölkə arasında ittifaq ancaq bərabərhüquqlu əsasda inkişaf edə bilər.

Bununla yanaşı, Lukaşenko əlavə edib ki, bu gün Rusiya özü də belə bir birləşməyə gedə bilməz. Belə ki, bunu dövlət başçısı Putin də şəxsən onun özünə deyib.(qafqazinfo.az)

© AzNews.az