Karateçilərimiz Avropaya məsul yarışa yollandılar

10 Yanvar 2019 15:33 (UTC+04:00)

Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalar 11-13 yanvar tarixlərində Xorvatiyaya məsul yarışa yollanıb.

AzNews.az xəbər verir ki, Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdə 5 idmançının, müxtəlif yaşlı gənclərdə isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib. 14-15 yaşlı yeniyetmələrdə Ramil Balakişiyev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), 16-17 yaşlı gənclər arasında Fərid Əbdülkərimov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tural Yaqubov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (-48 kq), Ayla Rzazadə (-59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (-60 kq), Qəşəm İskəndərov (-75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (-55 kq), Bəsti İsmayılova (-61 kq), Zamira Rzayeva (-68 kq) tatamiyə çıxacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdə Emin Namazovun, 16-17 yaşlı gənclərdə Ceyhun İsgəndərovun, 18-20 yaşlı gənclərdə Roman Heydərovun yarışda mübarizə aparmasını məqbul sayıb. Qran Pri turnirinə həmçinin kata üzrə məşqçi Anar Əhmədov, milli hakimlər Mir-Cabbar Seyidov, Seymur Məmmədov, və Mehman Mədətov da yola düşüb.

Xorvatiyada Qran Pri turnirində 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi iştirak edəcək.

Səidə Nurməmmədli
AzNews.az