Rusiyada qaz hasilatı rekord səviyyəyə çatdı

10 Yanvar 2019 16:55 (UTC+04:00)

Bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ölkənin energetika naziri Aleksandr Novak bildirib.

"Qaz sənayesində hasilat üzrə 18 illik rekord qırılıb, 725 milyard kubmetr qaz hasil olunub. Bu isə 2017-ci illə müqayisədə 5 faizlik artım deməkdir", - nazir deyib.

A.Novak həmçinin qeyd edib ki, 2018-ci ildə Rusiyada neft hasilatı 2017-ci illə müqayisədə 10 milyon ton və ya 1,6 faiz artaraq 556 milyon tona çatıb.(report.az)

© AzNews.az