Kommersiya məqsədli kvant kompüteri hazırlandı

10 Yanvar 2019 17:16 (UTC+04:00)

Ferra.ru saytının məlumatına görə, 20 kubitlik “IBM Q System One” kvant və klassik hesablama komponentlərini birləşdirir.

Böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. “IBM Q” kənarları 3 metr təşkil edən havakeçirməz kub şəklindədir.

Kompüterin satışa çıxarılma müddəti və qiyməti barədə hələlik məlumat verilmir.(AZƏRTAC)

© AzNews.az