Ukraynada öldürülən Türk qızlarının cənazələri İstanbula gətirildi

10 Yanvar 2019 17:20 (UTC+04:00)

Ukraynanın Xarkov şəhərində öldürülən universitet tələbələri Buket Yıldız və Zeynep Hüsünbeyinin cənazələri Türkiyəyə gətirilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tələbələrin cəsədlərinin doğulduqları Hatay və İzmirə göndərilməsi gözlənilir.

Buketin xalası Sevval Yıldız Metin Xarkov hava limanında jurnalistlərə verdiyi açıqlamasında “Ukrayna dövləti, o ölkədəki bütün qurumlar və səfirlik əllərindən gələn köməyi göstərdilər. Onlara sonsuz təşəkkürlərimizi bildirirəm. Hər şeyi özləri həll etdilər” deyib.

O, qatil Hüsnü Can Çökmezin yaxalanması haqda da danışıb:

“Bu cinayətlə hər kəs yaxından maraqlanır. Qatilin layiqli cəzasını alması üçün əlimizdən gələni edəcəyik”. deyib.

Nigar CƏFƏR

AzNews.az