Teatrın rejissoru işdən çıxarıldı

10 Yanvar 2019 17:22 (UTC+04:00)

YUĞ Dövlət Teatrının rejissoru Sahib Agazadə işdən çıxarılıb.

Bu barədə AzNews.az-a teatrın sabiq əməkdaşı Ər-Togrul Kamalov məlumat verib.

Məlumatı teatrın mətbuat xidmətindən təsdiqləyiblər və bildiriblər ki, YUĞ teatrının rejissoru Sahib Ağayev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin Ç bəndinə əsasən işdən azad edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az