Türkiyənin STAR televiziyasında yayımlanan "Söz" serialı ilə populyarlaşan aktyor Tolga Sarıtaş sevgilisi İlknur Şeref ilə ilk dəfə görüntülənib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Söz"ün "Sarı komutanı" 2017-ci ildən sevgili olduğu stil məsləhətçisi İlknur Şeref ilə ilk dəfə kameralara yaxalanıb.
Aktyor və sevgilisi keçən axşam restoranların birində dostları ilə birgə yemək yeyib.
Çıxışda fotoqrafları görən cütlük birlikdə yan-yana görüntülənməməyə çalışıblar.
Tolğa və İlknur restorandan ayrı-ayrı çıxıblar.
Nigar CƏFƏR
AzNews.az