Sumqayıt sakini marixuana ilə yaxalandı

10 Yanvar 2019 19:28 (UTC+04:00)

Sumqayıt şəhər sakinindən marixuana götürülüb.

DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əliyevdən 480 qrama yaxın marixuana götürülüb.

AzNews.az