Salyanda 2 otaqlı ev yandı

10 Yanvar 2019 19:59 (UTC+04:00)

Salyanda yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Kərimbəyli kəndində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az