Saakaşvili ermənilərə qəzəbləndi

17 Aprel 2013 10:25 (UTC+04:00)



Gürcüstan prezidenti Ermənistanın bəzi rəsmi şəxslərinin son bəyanatlarından narazıdır.Əsas narazılıq obyekti erməni rəsmilərinin Abxaziyanı müstəqil respublika kimi qeyd etmələri olub.

"Bu əlbəttəki prezident Serj Sarkisyandan irəli gəlmir. Amma rəsmi şəxslərin bir qismi özlərinə Abxaziyanı müstəqil resbublika kimi tanımağa rəva görürlər. Bu da bizim narazılığımıza səbəb olur", deyə "Rustavi 2" kanalına müsahibəsində Mixail Saakaşvili deyib.

O, qeyd edib ki, Ermənistan prezidentinin innaqurasiyasına Gürcüstan-Abxaziya münaqişəsi zamanı, Gürcüstana qarşı vuruşmuş Baqramyanın batalyonun üzvləri də dəvət edilib. Gürcüstan prezidenti bu məqamdan da razı qalmadığını vurğulayıb.(anspress)

AzNews.az