Mingəçevirdə bədbəxt hadisə: 4-cü mərtəbədən yıxıldı, ağır xəsarət aldı

10 Yanvar 2019 21:34 (UTC+04:00)

Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Rahilə Bəhram qızı Cəbrayılova şəhərin Nizami küçəsi, 6A ünvanında yaşadığı binanın 4-cü mərtəbəsindən pəncərələri təmizləyərkən yıxılıb.

Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az