Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd tapıldı - FOTOLAR

10 Yanvar 2019 23:30 (UTC+04:00)

Meksika polisi ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 meyit aşkar edib.

Bu barədə "Excelsior" nəşri məlumat yayıb.

Yandırılmış vəziyyətdə olan cəsədlərin narkotik alverçiləri arasında baş vermiş münaqişə nəticəsində öldürülən şəxslərə aid olduğu ehtimal edilir. Meyitlər Migel Aleman sərhəd şəhəri yaxınlığında yandırılmış 7 avtomobildən tapılıb.

Daha əvvəl Meksikada bara hücum nəticəsində 6 nəfər öldürülüb. (report)

AzNews.az