Ağdamda yanğın olub - FOTOLAR

11 Yanvar 2019 00:05 (UTC+04:00)

Ağdamda yanğın baş verib.

AzNews.az xəbər verir ki, hadisə rayonun Yüzbaşılı kəndində Mehdiqulu Məmmədova məxsus evdə qeydə alınıb.

Əraziyə FHN-nin Ağdam Yanğın söndürmə bölməsi cəlb olunub. Yanğın zamanı 500-ə yaxın ot bağlaması yanıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bahar Rüstəmli

AzNews.az