Səudiyyə Ərəbistanında 40 min qadın sürücülük vəsiqəsi alıb

11 Yanvar 2019 09:26 (UTC+04:00)

"Saudi Gazette" nəşri xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti ölkənin müxtəlif rayonlarında qadınlara sürücülük öyrətmək üçün 14 yeni mərkəz açmaq niyyətindədir.

2018-ci ilin yayında Səudiyyə Ərəbistanında qadınlara sürücülük hüququ verməyi nəzərdə tutan fərman qüvvəyə minib. Həmçinin Krallıq qadınları ölkənin silahlı qüvvələrində iştirak etmək və futbol oyunları zamanı stadionlara getmək hüququ qazanıblar.(report.az)

© AzNews.az