Maduro Ərdoğanın köməkçisinə belə dedi - "Salaməleyküm"

11 Yanvar 2019 10:15 (UTC+04:00)

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimində iştirak edib.

AzNews.az xəbər verir ki, Maduro üçün ilk mərasim Venesuela Ali Məhkəməsində təşkil olunub. Ərdoğanın köməkçisi Fuat Oktayı Ali Məhkəməyə gələndə konstitusiya hakimləri qarşılayıb. Şərəf dəftərini imzalayan Oktay İran, Rusiya, Çin, Boliviya və Fələstin başda olmaqla mərasimdə iştirak edən ölkə liderləri və nümayəndələrlə söhbət edib.

Mərasim Maduronun zala həyat yoldaşı Cilia Flores ilə girməsi ilə başlayıb. Alqışlarla mərasim salonuna girən Maduro hakimlər və Fuat Oktayın əlini sıxıb. O, ali məhkəmənin rəhbərinin hüzurunda and içərək vəzifəyə başlayıb.

Nikolas Maduro daha sonra zalda və ali məhkəmənin ətrafında toplaşan insanlara xitab edib.

Çıxışı zamanı salonda olan qonaq prezidentləri və ölkə təmsilçilərini təqdim edən Maduro Fuat Oktayı “salaməleyküm” deyərək salamlayıb, onun R.T.Ərdoğanı təmsil etmək üçün burda olduğunu bildirib.

Andiçmə mərasimi Ali Məhkəmədəki mərasimdən sonra Hərbi Akademiyada davam edib.

Pərvanə Ağazadə

AzNews.az