Bakıda mərkəzi yollardan biri bağlandı
17 Aprel 2013 10:44 (UTC+04:00)
Bülbül prospektinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə AzNews.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
Sürücülərdən alternativ yol kimi Səməd Vurğun küçəsindən istifadə etmələri xahiş olunur.
AzNews.az