Aktrisanın yeni imici maraq doğurdu - FOTO

11 Yanvar 2019 10:39 (UTC+04:00)

Rol aldığı filimdə canlandırdığı Badə obrazı ilə diqqəti özünə çəkən türkiyəli aktrisa Sevda Dalğıcın yeni imici maraq doğurub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xəstələndiyi üçün filmin heyətindən çıxarıldığı iddiası ilə gündəmə gələn Sevda Dalgıç “İnstagram” hesabında buruq saçlı şəklini “Yeni imicim bəyənildimi?” açıqlaması ilə paylaşıb.

Buruq imici ilə pərəstişkarlarından maraqlı şərhlər alan Sevda Dalgıç bu imicinin yeni bir layihə üçün olub-olmadığı ilə bağlı heç bir açıqlama verməyib.

Səidə Nurməmmədli

AzNews.az